Vəkil olmaq istəyənlər diqqət !

  • SpaceTV
  • 9 Sentyabr 2019 13:01

Sənəd qəbulunun daimi əsaslarla aparıldığını nəzərə alaraq, Vəkillər Kollegiyası Dövlət İmtahan Mərkəzində Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Məqsəd ölkəmizdə vəkillik peşəsinin nüfuzunun artırılması vətəndaşların hüquqi yardımla yüksək səviyyədə təmin edilməsi ücündür.

241 namizədin iştirakı ilə keçirilən imtahanda hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub. Bu suallardan 60 –na düzgün cavab verən namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcək. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunub.

Regionlar üzrə isə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 49%, Respublikanın digər regionları üzrə isə 51%-dir. Əvvəlkilərdən fərqli olaraq, bu imtahanlarda bölgələrdən gələn namizədlər  üstünlük təşkil edib. Bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına imkan verəcək.

Qeyd edək ki, imtahanda iştirak edən ən yaşlı namizədin  70, ən gəncin isə 25 yaşı olub.

Tural İbrahimov – Elşən İsmayılzadə – Space

Paylaş

 Xəbəriniz olsun