Vəkil dəhşətli hadisə törətdi: maşınla qadının üstündən keçdi

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:11

Abşeronda qəza törədən sürücünün vəkil olduğu məlum olub.

SPACE TV xəbər verir ki, Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda Fazil Nəhmətov idarə etdiyi “Volkswagen” markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 30-35 yaşlarında olan qadını vurub. Piyada hadisə yerində ölüb.

Hadisənin törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.

F.Nəhmətov açıqlamasında faktı təsdiqləyib.

Paylaş

 Xəbəriniz olsun