Vəhşi təbiət artıq yaşayış evlərinə qədər gəlir – VİDEO

  • SpaceTV
  • 3 Oktyabr 2019 18:44
Featured Video Play Icon

Bölgələrdə yırtıcıların kəndlərə hücumları artıb. Vəhşi heyvanlar ya insanlara ya da onların təsərrüfatlarına hücum edirlər. Heyvanların kəndə insanların həyətinə qədər gəlməyinə səbəb nədir ?  Bəzilərini ovlamağa icazə olsa da elə yırtıcılar var ki, onları öldürmək qanunla qadağandır. Bəs bu heyvanlardan necə qorunmaq olar ? Qanundakı istisna hansı halda mümkündür?

Son zamanlar yırtıcı heyvanların insanlara və təsərrüfatlara hücum etməsi xəbərlərinə tez-tez  rast gəlirik. Yırtıcı heyvanlar xüsusilə bölgələrimizdə daha da azğınlaşıb. Keçən ayın 18-i Qaxda 32 yaşlı Ruslan Bilalovu yaşadığı ünvanda çaqqal dişləyib. Oxşar hadisə sentyabrın 20-si Salyanda baş verib. Belə ki, 67 yaşlı Gülzar Məmmədovaya çaqqal öz həyətində hücum edib. Zərərçəkən qadın bildirib ki, bu, ilk belə hadisə deyil. Daha bir vəhşi heyvan hücumu isə keçən ayın 25-i  Bərdədə baş verib. Canavarlar təsərrüfat sahəsinə girərək qoyunlara hücum edib. Nəticədə 16 qoyun tələf olub 28- i  yaralanıb. Zərərçəkənlər bildirirlər ki, son vaxtlar vəhşi heyvanların kəndlilərin təsərrüfatlarına və yaşayış evlərinə hücumları intensiv hal almağa başlayıb.

Canlı aləmin muhafizəsi ictimai birliyindən  deyildi ki, heyvanların bu hücumlarının əsas səbəblərindən biri elə insanların özləridir. Bildirilir ki, insanların təbiətə müdaxiləsi son zamanlar artıb. Və nəticədə təbiətlə insanlar arasındakı balans pozulur. Meşələrdə vəhşi heyvanların qidaları tükəndiyindən onlar artıq təsərrüfat sahələrinə üz tuturlar.

Canlı aləmin muhafizəsi ictimai birliyinin sədri

Ekologiya və təbii sərvətlər nazirliyindən isə bildirildi ki vəhşi heyvan hücumları  əsasən onların sayının artması və yaşayış ərazilərinin azalması ilə bağlıdır.

Qeyd edildi ki, vəhşi heyvanlardan müdafiə ilə bağlı müvafiq işçi qrupları fəaliyyət göstərir.Əgər heyvan hücumu olarsa dərhal həmin idarələrə məlumat verilməlidir. Şikayət edilən ərazilərdə reydlər keçirilir.Həmin qrupun üzvləri reydlər zamanı canavarları və digər vəhşi heyvanları havaya atəş acmaqla və başqa üsullarla ərazidən uzaqlaşdırırlar. Qeyd edək ki, muvafiq icazə əsasında çaqqalların il boyu ovlanmasına icazə verilir. Lakin canavarların ovlanması birmənalı şəkildə qadağandır. Canavar ovlanan zaman inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə 1000-2000 manat məbləğində cərimə edilir. Lakin bu qanun da istisnası var.

Bu hal isə qanun pozuntusu hesab edilmir. Zaman-zaman vəhşi heyvanların insanlara, onların təsərrüfatına  hücum etməsi faktları qeydə alınıb. Yırtıcı heyvanlarla nisbətən yaxın ərazidə yaşayan şəxslər daha ehtiyyatlı olmalıdır.  Xüsusilə də gecə saatlarında ehtiyatlı davranmalıdırlar. Özlərini və təsərrüfatlarını  yırtıcılardan qorumağa çalışmalıdırlar.

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun