Vəhşi heyvanlar necə peyvəndlənir

  • Space TV
  • 29 Fevral 2020 11:13

İtlər, ev quşları , iri və xırdabuynuzlu heyvanlar qeydiyyata alınaraq peyvənd olunur. Bundan başqa vəhşi heyvanlardan yayılma təhlükəsi olan quduzluq xəstəliyə qarşı ,Abşeron rayonun müxtəlif ərazilərində məskunlaşan çöl heyvanlarında  Rabadrob oral üsulu ilə peyvəndlənmə işlərinə başlanılıb.

KTN-nin Aqrar xidmətlər Agentliyi Abşeron rayon Baytarlıq Xidmətinin həkimləri  tərəfindən dərman perparatları boş sahələrə səpmə üsulu ilə icra olunur.Bu dərmanları yeyən vəhşi heyvanlar 1 il ərzində quduzluğ xəstəliyinə qarşı qarşı imunitet qazanmış olur.

Həmçinin Abşeron rayonunda iribuynuzlu mal qaranın qara yara xəstəliyinə qarşı peyvəndlənməsidə aparılır.Bu xəstəlik daha çox  iribuynuzlu heyvanlarda  müşahidə  edildiyindən  yanvar  ayının 8 dən etibarən  Abşeron   Baytarlıq idarəsi tərəfindən  rayon ərazisində 2 mindən artıq iribuynuzlu heyvanın və 300 -ə yaxın itin  peyvəndlənməsiaparılıb

Abşeronrayon baytarliq idarəsinin rəisiTahir Abdullayev deyir ki,  xəstəlik hər an alovlana bilər, lakin ən çox yay  və payız aylarında – həşəratların çoxluğu və yüksək aktivliyi dövründə  müşahidə  olunur. Hələlik  rayon ərazisində mövcud olan təssərrüfatlarda bu xəstəlik müşahidə olunmasa da hər bir heyvan sahibi mal qarasını bu xəstəlikdən qorumaq üçün təssərrüfatlarını peyvəndləməyə cəlb etməlidir deyə baytar həkimi bildirdi.

Onu da deyək ki,  rayon ərazisində qeydiyyata alınan heyvanların peyvəndlənməsi  mart  ayının 10-a kimi  başa çatdırılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun