Uzunömürlü yaşamaq mümkündürmü?

  • SpaceTV
  • 15 Fevral 2020 16:46

102 yaşı olmasına baxmayaraq nə yaddaşından ,nə səhhətindən nədə qocalıqdan şikayət etmir.1918-ci ildə Bakıda doğulan Bəyzadə İlyasovanın uşaqlıq illəri Nuru Paşanın Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsi dövrünə düşüb.Orta məktəb təhsili belə almayan Bəyzadə İlyasova bir çox şairlərin və aşıqların şeirlərini əzbər bilir

1 övladı,2 nəvəsi, 6 nəticəsi və 5  kötücəsi olan Bəyzadə nənə 70 yaşına kimi müxtəlif dövlət qurumlarında  çalışıb hətta uzun müddət kolxozlarda  kişi işlərində də çalışıb.İlk həyat yoldaşını  cavan yaşlarında itirən müsahibim deyir ki, hazırda 90 yaşlı  ikinci həyat yoldaşı ilə birlikdə yaşayırlar elə 8 ildir ki, yataq xəstəsi olan həyat yoldaşınada özü baxır Bəyzadə nənə.

Sağlam və uzunömürlü yaşamağın sirlərindən birinidə  102 yaşlı Bəyzadə İlyasova insanın özü, öz həkimi olmağı ilə mümkün olduğunu deyir

102 yaşlı anaya hazırda 85 yaşlı qızı qulluq edir

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun