Uzun şəxs

  • Space TV
  • 19 Dekabr 2019 11:33

İnsanlar arasında gəzəndə hündürlüyü ilə diqqət çəkir… O, bəzi insanlardan ikiqat hündürdür.

Söhbət Bərdə sakini, 24 yaşlı Elçin Hümbətovdan gedir. Elçin deyir ki, o, balaca vaxtından hündürboylu olub. Sonradan onun boyu anormal şəkildə artmaga başlayıb. 11- ci sinifdə oxuyanda boyu 2 metr 15 santimetr olub. Sonradan yenə 10 sm artaraq 2 metr 15 sm-ə çatıb.  Elçin Hümbətov bildirir ki, boyunun uzun olmasının həm mənfi, həm də müsbət cəhətləri var.

Hündürlüyünə görə əyninə paltar tapılmaması, yatacaq yerinin problemli olması ilə yanaşı bəzi işlərdə hündürlüyündən istifadə edir.

Elçin Hümbətov boyunun artması ilə bağlı həkimlərlə də məsləhətləşib. Bildirilib ki, onun müalicəsi mümkündür. İndi o, müalicə üçün Bakıdakı həkimlərə müraciət edəcək.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun