Üzüm yığımı davam edir -FOTO

  • SpaceTV
  • 14 Avqust 2019 13:44

Space.TV– Bu il Cəlilabad da fermerlər bol məhsul istehsal etsələr də, son günlər məhsulun satışında çətinliklər yaranıb. Əvvəl ki, illərdə Rusiyaya ixrac olunan  Üzümün satışı indi yalnız yerli bazarlar hesabına həyata keçirilir. Daxili bazarlara lazım olandan artıq məhsulun olması isə qiymətin düşməsinə səbəb olub.

Yerində Üzümün bir kq-nın qiyməti növündən asılı olraq 35-70 qəpik arasında dəyişir. Məhsul bol olsa da satışda durğunuluq yaşanır. Fermerlərin sözlərinə görə ötən il Süfrə üzüm sortlarının müəyyən hissəsi Rusiya bazarlarına ixrac olunduğu üçün qiymtlər də sabit və qənaətbəxş olub. Bu mövsümdə isə ixrac hələ ki, aşağı həddə olaraq qalır. Ixracçılar isə üzüm istehsalçılarına  Şimal Qonşumuzun bazarlarında üzümün qiymətinin gəlir gətirəcək səvəviyyədə olmadığını bildiriblər.

Fermerlər təlabat az oluduğu üçün sahələrdən yalnız sata biləcəkləri miqdarda məhsul yığırlar. Əksər sahələrdə tam yetişmiş halda olan üzümün günlərlə təənglər üzərində qalması isə günü-gündən məhsulun keyfiyytini itirməsinə gətirib çıxara bilər.

Mütəxəssilər vəziyyətdən çıxış yolu kimi bölgələrdə üzüm emal müəssələrinin sayının  artırılması, Xarici bazarlara ixracın mütəmadi olmasını vacib hesab edirlər.

Məsələ ilə əlaqədar Ərzaq Tədarükü və təchizatı İdarəsindən bildirildi ki, qurumun regionlardakı bölmələri istehsal olunan bütün məhsulları qəbul etmək imkanında deyil. Lakin üzümun xarici bazarlara çıxarılmasında fermerlərə yardım göstərilə bilər. Bundan ötrü isə istehsalçılardan nazirliyin qaynar xəttinə məlumat vermələri vacibdir. Bundan sonra Qurum nümayəndələri tərəfindən sahədəki məhsullara baxış keçiriləcək. Qiymət təyin olunduqdan sonra onun daxili və xarici bazarlara satışı təmin olunacaq.

Paylaş

 Xəbəriniz olsun