Üz turşudan turşular

  • Space TV
  • 20 Dekabr 2019 15:03

Turşular  qış aylarında ən çox istifadə olunan və sevilən  qidalardan olsa da onun zərərləri də az deyil. Hətta tez-tez  zəhərlənmə halları ilə də  rastlaşırıq.  Elə ötən ayın sonlarında da 2 tələbə kirayədə yaşadıqları  evdə turşudan zəhərlənərək xəstəxanaya  yerləşdirilmişdi. Onlara lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Paytaxda, eləcə də bölgələrdə turşuların açıq şəkildə, plastik qablarda, vedrələrdə, hətta vannalarda belə satıldığının şahidi oluruq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir  ki, AİB-İ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyilə regionlarda bu problemlə bağlı layihə həyata keçirməyə hazırlaşır. “Layihə plastik qablarda turşuların qoyulma və satılmasının qarşısını almaq məqsədi güdür.

Turşular insanların tədricən zəifləməsinə, bəzən isə insan ölümü ilə də  nəticələnə bilər.

Turşulardan başqa plastik qablarda üzüm yarpaqları da saxlanılaraq,  satılır. Həmin məhsulların üzərinə kimyəvi aktiv maddələr, sirkə tökürlər. Bunlar isə insan sağlamlığı üçün çox zərərlidir. Mütəxəssislər belə deyir. Odur ki sağlamlığınız naminə nəfsinizə bəzi qadağalar qoymanız məsləhətdir.

NURLAN PİRİYEV SPACE TV

Paylaş

 Xəbəriniz olsun