ÜST yeni pandemiya barədə xəbərdarlıq edib – FOTO

  • Space TV
  • 28 Yanvar 2021 13:50

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusunun (NiV) səbəb ola biləcəyi pandemiya ehtimalı barədə xəbərdarlıq edib.

Bu barədə “Rossiyskaya Qazeta” xəbər verir.

Nipah virusu adını aldığı Nipah çayında (Malayziya) yaşayan donuzçuluqla məşğul olan fermerlər arasında təsbit edilib.

NiV insanlara xəstə donuzlarla təmasdan keçir.

Sürətli yoluxuculuq qabiliyyətinə malik virusdan ölüm nisbəti 40-75 faizdir.

Xəstəlik bəzən ölümcül ensefalitə səbəb olur, bəzən də simptomsuz davam edir.

Hələ ki, NiV-dən müalicə üçün dərman icad olunmayıb.

Qeyd edək ki, bu virus ilk dəfə 1999-cu ildə Malayziyada təsbit olunub. Təbiətdəki daşıyıcıları Cənubi Çin, Cənub-Şərqi Asiya, Yeni Qvineya və Avstraliyada geniş yayılmış meyvə yeyən uçan tülkülərdir (yarasa növü). Maraqlıdır ki, heyvanların özləri bundan xəstələnmirlər.

Paylaş

 Xəbəriniz olsun