ÜST son bir həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb

  • Space TV
  • 18 Noyabr 2020 17:43

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir həftə ərzində koronavirusa yoluxmada rekord artım olduğunu bildirib.

Spacetv.az xəbər verir ki, bu barədə TASS xəbər yayıb.

Belə ki, son bir həftə ərzində dünyada koronavirusa yoluxmuş insanların sayı 3 977 223-ə çatıb.

Buna baxmayaraq, ÜST Avropada yoluxma hallarının 10 faiz azaldığını bildirib. Son bir həftədə burada 1 840 085 yoluxma və 29 043 ölüm qeydə alınıb.

Şimali və Cənubi Amerikada isə bir həftədə yoluxanların sayı 1.45 milyondan çox artıb, 19 min insan da ölüb.

Cənub-Şərqi Asiya bölgəsində 373 mindən çox insan yoluxub, ölüm hadisələrinin sayı isə 4,5 mini keçib.

Paylaş

 Xəbəriniz olsun