UST: Ötən gün dünyada koronavirusdan 86 nəfər ölüb

  • Space TV
  • 5 Mart 2020 10:14

“Ötən gün dünyada 2223 nəfər koronavirusa yoluxub. Onlardan 120-si Çində qeydə alınıb”.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü yaydığı hesabtında bildirilib.

Çindən kənarda ümumilikdə 2103 nəfərdə infeksiyaya yoluxma qeyde alınıb.

ÜST-ün məlumatına görə, dünyada cəmi 93,090 yoluxma hadisəsi təsdiqlənib. Bunlardan 80 422-si Çində, 12668-i isə xaricdədir.

Hesabatda bildirilib ki, koronavirusa yoluxanlardan ümumilikdə Çində 2984 nəfər (gün ərzində 38), dünyada isə 214 nəfər (gün ərzində 48) dünyasını dəyişib.

Paylaş

 Xəbəriniz olsun