ÜST: “Koronavirusa yoluxma və ölüm hallarının sayında azalma var”

  • Space TV
  • 10 Fevral 2021 15:36

Dünyada COVID-19-a yoluxanların və bu virusdan ölənlərin sayı azalmağa davam edir, ancaq “Britaniya”, “Cənubi Afrika” və “Braziliya-Yaponiya” ştammlarının aşkarlandığı ölkələrin də sayı artır.

“RİA Novosti” bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.

“Ardıcıl dörd həftədir ki, dünyada qeydə alınan yeni yoluxma hallarının sayı azalır: ötən həftə yoluxanların sayı 3,1 milyon olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 17 faiz azalma deməkdir.

Bu, son 15 həftə ərzində ən aşağı göstərici olub. Qeydə alınan yeni ölüm hallarının sayı da iki həftədir azalır. Ötən həftə koronavirusdan 88 min ölüm halı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 10 faiz azalma anlamına gəlir”, – deyə qurumdan bildirilib.

Paylaş

 Xəbəriniz olsun