ÜST koronavirus səbəbiylə ölüm nisbətinin artacağını proqnozlaşdırır

  • Space TV
  • 15 Oktyabr 2020 14:18

SARS-CoV-2 virusunun yayılmasında qlobal sürətlənmə COVİD-19-dan ölümlərin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaq.

Spacetv.az “Reuters”ə istinadən xəbər verir ki, hadisələrin belə bir inkişafı ÜST-ün baş tədqiqatçısı Sumya Svaminatan tərəfindən proqnozlaşdırılıb.

O, ölümdəki artımın yoluxma artımından həmişə geridə qaldığını xatırladıb.

“Hələ də gündə təxminən beş min adam itiririk… Yəni ölümlərin azalmasına sevinməməliyik”, – deyə Svaminatan vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun