ÜST-dən QORXUNC AÇIQLAMA: “Koronavirusun ikinci dalğasında 50 milyon insan ölə bilər”

  • Space TV
  • 27 İyun 2020 11:37

Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirusun ikinci dalğa ehtimalına dair ən qorxunc xəbərdarlığı edib.

space tv xəbər verir ki, qurumun rəsmisi Ranieri Querra “İspan qripi” epidemiyasında ikinci dalğada dünyada 50 milyon insanın öldüyünü xatırladaraq payıza diqqət çəkib. İtaliya televiziyasına danışan Querra məhdudiyyətlərin aradan qaldırılmasından sonra yoluxmaların artmasına səbəb olacağını və ikinci dalğada milyonlarla insanın ölə biləcəyini deyib:

“Koronavirus ilə bənzər şəkildə yayılan ispan qripi yaz aylarında təsirini azaltmış ancaq sentyabr və oktyabr aylarında yenidən zirvəyə qalxmışdı. İkinci dalğada 50 milyon insan ölmüşdü. Epidemiya ortaya qoyduğumuz proqnozlara uyğun inkişaf edir”.

Paylaş

 Xəbəriniz olsun