ÜST-dən koronavirusun sürətlə yayılması barədə XƏBƏRDARLIQ

  • Space TV
  • 14 Yanvar 2021 09:45

Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən beş milyon artıb. Bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.

TASS Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik epidemioloji bülleteninə əsasən xəbər yayır ki, ölənlərin sayı 85 mindən çox artıb.

Bildirilir ki, 4-10 yanvar tarixlərində dünyada 4 953 758 yeni yoluxma və 85 436 ölüm halı qeydə alınıb.

Yeddi gün ərzində əvvəlki rekord 14-20 dekabr tarixlərində qeydə alınıb: 4 612 790 yoluxma.

Bülletendə qeyd edilir ki, keçən həftə yoluxma sayında artım tendensiyası yenidən yüksəlib. Yeni COVID-19-a yoluxma və ölüm sayı əvvəlki yeddi günlə müqayisədə müvafiq olaraq 20 və 11% artıb.

Amerika qitəsində 2,5 milyondan çox yoluxma (30% artım), 38 mindən çox ölüm (18% artım), Avropada 1,8 milyondan çox yoluxma, 36 mindən çoxu ölüm müəyyən edilib.

Yoluxmanın artması Qərbi Sakit Okean bölgəsində (36%), Afrikada (34%) və Şərqi Aralıq dənizi bölgəsində (11%) də qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun