ÜST bölgələrdə apardığı monitorinqlərin nəticələrini açıqlayıb

  • Space TV
  • 16 Dekabr 2020 11:31

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərlə birgə dekabrın 8-dən 12-dək Gəncə, Tərtər, Bərdə və Ağdamda tibb məntəqələri, poliklinikalar və xəstəxanalara baxış keçirib.

Spacetv.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qurumun Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqində deyib.

O qeyd edib ki, ümumilikdə vəziyyət sabitdir: “Bir neçə tibb müəssisəsinə qismən ziyan dəyib. Zəruri tibbi xidmətlərin göstərilməsinə fasilələr yaranıb. Peyvəndləri lazımi səviyyədə saxlamaq üçün soyuq zəncir prinsipi tətbiq edilməlidir. Lakin bu da indiki şəraitdə müəyyən vaxt tələb edir”.

H.Harmancı bildirib ki, bəzi bölgələrdə tibb işçilərinin çatışmazlığı müşahidə olunur: “Münaqişə səbəbindən bir çox insanlarda stres siptomları meydana gəlib”.

Paylaş

 Xəbəriniz olsun