ÜST: Bir sutkada 11 minə yaxın insan koronavirusa yoluxub

  • Space TV
  • 16 Mart 2020 14:24

Son 24 saatda koronavirusa 10 982 nəfər yoluxub, 343 nəfər isə infeksiyanın qurbanı olub.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Beləliklə, ÜST dünyada koronavirusa yoluxanların sayının 153 517 nəfərə, virusdan ölənlərin sayının isə 5 375 nəfərə çatdığını bildirib.

Qeyd edilir ki, Çin xaricində təsdiq edilmiş yoluxma faktlarının sayı 72 469-dur. Ölənlərin sayı isə 2 531 nəfərdir. 

Paylaş

 Xəbəriniz olsun