ÜST Ədliyyə Nazirliyinə 250 min ədəd tibbi maska təhvil verdi – FOTO

  • Space TV
  • 21 Dekabr 2020 15:51

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 250 min ədəd tibbi maska təhvil verib.

Spacetv.az xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, bu maskalar Ədliyyə Nazirliyi Penitensiar müəssisələrinin əməkdaşları və kontingenti arasında COVID-19 virusuna qarşı profilaktik tədbirlər çərçivəsində paylanacaq.

Paylaş

 Xəbəriniz olsun