Uşaqlarını koronavirusdan qorumaq üçün maşında yaşayır- Türkiyədə maraqlı hadisə

  • SpaceTV
  • 7 Aprel 2020 12:12

Türkiyənin Trabzon şəhərində kişi ailəsini virusa yoluxdurmamaq üçün maşında yaşamaq qərarına gəlib.

SPACE TV  xəbər verir ki, 42 yaşlı Fateh Turan evinin yaxınlığındakı mikroavtobusda qalır. Onun bu qərarı almasna səbəb işdən qayıdandan sonra uşaqlarını virusa yoluxdurmamaqdır.

Fateh ona gərəkli olan bütün əşyalarını maşına yerləşdirib. Turan onunla həmsöhbət olanlara zarafat etməyi də unutmayıb.

“Burada arvadın deyinməsindən də uzaq oluram”, – deyən Turanın maşındakı günləri maraqlı keçir.

Qeyd edək ki, koronavirusa Türkiyədə 30 mindən çox insan yoluxub.

Onlardan 600 nəfəri həyatını itirib. 

Paylaş

 Xəbəriniz olsun