Uşaqların daha çox adları nədir?!

  • SpaceTV
  • 15 Avqust 2019 15:26

Space.TV-nin araşdırmasına görə, bu ilin Azərbaycanda uşaqlara çox verilən adlar acqlanıb. Oğlan uşaqlarına daha çox Yusif, Əli, Məhəmməd, Ömər, Uğur, Hüseyn, Murad, Tunar, Ayxan, Ümid, Həsən , İbrahim, Kənan , Ramal, Raul  adları qoyulub. Qız uşaqlarına isə ən çox Zəhra, Nuray, Aylin, Mələk, Zeynəb, Məryəm, Fatimə, Dəniz, Damla, Xədicə, Leyla, Mədinə, Ayan, Gülay, Səma , İnci  adları verilib. Ümumiyyətlə son illərdə uşaqlara qoyulan adlar arasında ərəb mənşəli adlar üstünlük təşkil edir. Yeni doğulmuş uşaqlara ad seçən zaman onun mənasını da bilmək vacibdir.

Adlar insanın  həyatını müəyyən etməsə də onun gələcəyinə təsir edən amillərdən biridir. Xüsusi ilə də təəccüblə qarşılanan adlar.

Aparılan maarifləndirmə işlərinə baxmayaraq yenə də uşaqlara verilən qəribə adlara rast gələ bilərik. Göygöz, Toyxanım, Başxanım, Qələmnaz, Ramzes adları bu sırada yer alır. Lakin belə adlar onların gələcəkdə şəxsiyyət kimi formalaşmasına mənfi təsir edə bilər. Xüsusi ilə də uşaqlıq və yeniyetməlik illərində.

Bəzən isə valideynlər baxdıqları xarici film və seriallardakı obrazları və ya məhşur insanları özlərinə ideal seçərək öz övladlarına onların adın verirlər. Ram, Şam, Ronaldo və Messi də ölkəmizdə uşaqlara qoyulan adlar sırasına daxil olub. Bəs hansısa film qəhrəmanlarındansa elə öz qəhrəmanlarımızın adlarından və özümüzə məxsus adlardan istifadə etmək daha yaxşı olmazmı !?

Paylaş

 Xəbəriniz olsun