Uşaqları tənbəlləşdirən oyun

  • SpaceTV
  • 28 Avqust 2019 15:07

Hər gün gördüyümüz mənzərə. Uşaqlar  saatlarla telefona baxır, komputer oyunları oynayır. Bəzən isə oyundan ayrılmasınlar deyə  yeməkdən belə imtina edirlər. Bəs uşaqların telefon və ya komputerə aludə olmağı  hansı problemlərə gətirib çıxara bilər.

Son vaxtlar azyaşlıların oyun videolarına mütəmadi olaraq baxması halları çoxalıb. Mütəxəsislər bildirir ki, bu videolara baxmaqla uşaqlar daha rahat həyat tərzinə, hər şeyə tez bir zamanda hazır şəkildə nail olmağa alışırlar. Bununla da uşaqlar tənbəlləşir. Psixoloq 5 yaşlı uşağın internetdən asılı olmasının dözülməz bir hal olduğunu vurğulayır.

Müşahidələr göstərir ki, uşaqlar videolara baxarkən valideynlər çox rahat olur. Amma uşağın bütün günü “YouTube”da müxtəlif blogerlərin oyun videolarına baxması ana və övlad münasibətinin korlanmasına, emosional əlaqənin pozulmasına gətirib çıxarır. Psixoloq onu da əlavə edib ki, hazırda uşaqlarda tənbəlləşmə, cılızlaşma və passivləşmə prosesi gedir.

Təəssüflər olsun ki, indiki uşaqlar getdikcə tənbəlləşir. Hətta öz yaşlarına uyğun oyunları oynamağa belə tənbəllik edən uşaqlar var. Yalnız telefonda bu oyunlara baxmaq istəyirlər. 20 və ya 30 ildən sonra indiki uşaqları nələrin gözlədiyini düşünmək belə vahiməlidir. Hal bu ki, valideynlər uşaqlara daha çox diqqət ayırsalar, övladları da blogerlərin ovuna çevrilməz.

TuraL İbrahimov Space

Paylaş

 Xəbəriniz olsun