Uşaqları koronovirusdan nece qoruyaq?! – VİDEO

  • SpaceTV
  • 16 Aprel 2020 15:33

KORONAVİRUS HƏLƏ ÇİNİN HUBEY ƏYALƏTİNDƏ DOLAŞAN ZAMANLAR UŞAQLARIN BU İNFEKSİYAYA QARŞI DAHA DÖZÜMLÜ OLMASI BARƏDƏ MÜXTƏLİF XƏBƏRLƏR YAYILIRDI. İSTƏR YERLİ, İSTƏRSƏ DƏ XARİCİ TİBB EKSPERTLƏRİ AZYAŞLILARIN İMMUN SİSTEMİNİN XƏSTƏLİKDƏN DAHA GÜCLÜ OLDUĞUNU İDDİA EDİRDİLƏR. LAKİN TACVARİ İNFEKSİYA DAHA GENİŞ ƏRAZİYƏ YAYILANDAN SONRA VİRUSA YOLUXANLAR ARASINDA ÇOXSAYLI UŞAQLARIN DA OLDUĞUNU GÖRDÜK. DEMƏLİ HƏR YAŞ KATEQORİYASI ÜÇÜN KORONAVİRUSA YOLUXMA TƏHLÜKƏSİ VAR. ÇÜNKİ ÖLKƏMİZDƏ DƏ 9 YAŞADƏK 66 UŞAQDA YOLUXMA QEYDƏ ALINIB. YOLUXMA SƏBƏBLƏRİNDƏN BƏHS ETSƏK, DEMƏLİYİK Kİ…

UŞAQLARI KORONAVİRUS BƏLASINDAN QORUMAQ İSTƏYİRİKSƏ,  İLK NÖVBƏDƏ KARANTİN REJİMİNƏ RİAYƏT OLUNMALI, TƏTBİQ OLUNAN BÜTÜN QAYDALARA ƏMƏL EDİLMƏLİDİR. BUNUNLA YANAŞI HƏR KƏS NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHIN YAYDIĞI MƏLUMAT VƏ TÖVSİYYƏLƏRİ DİQQƏTLƏ İZLƏMƏLƏDİR. GİGİYENA VƏ SANİTAR QAYDALARI DA UNUTMAQ OLMAZ. AXI UŞAQLAR ƏLLƏRİNİ HƏR ƏŞYAYA VURA, SONRA İSƏ İSƏ YUMAYA DA BİLƏRLƏR. ODUR Kİ, VALİDEYNLƏR ÖVLADLARININ  TƏMİZLİYİNƏ DİQQƏT YETİRMƏLİ, TEZ-TEZ  ONLARIN ƏL-ÜZLƏRİNİ SABUNLA YUMALI, QIZDIRMA HALLARINDA DƏRHAL MÜAYİNƏDƏN KEÇİRMƏLİDİRLƏR. HƏMÇİNİN…

UŞAQLAR GƏZMƏK İSTƏYİR DEYƏ ONLARI BU CÜR – TİBBİ MASKASIZ, ƏLCƏKSİZ ÇÖLƏ ÇIXARMAQ DÜZGÜN DEYİL, ÜMUMİYYƏTLƏ SAĞLAMLIQLARI NAMİNƏ EVDƏ QALSALAR YAXŞIDIR. YƏNİ BU GÜN LENTƏ ALDIĞIMIZ KÖRPƏLƏRİN ATASI KİMİ ÖVLADLARINIZI RİSKƏ ATMAYIN. MÜSAHİBƏ VƏ SPACE OBYEKTİVİNDƏN YAYINAN VƏTƏNDAŞ YAXŞI Kİ, UŞAQLARININ ƏLİNİ SPİRTLƏMƏYİ UNUTMADI.

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun