Uşaqlarda rast gəlinən pozuntular

  • SpaceTV
  • 16 Noyabr 2019 12:10

Son illər uşaqların muayinəsi aparılarkən onlarda daha çox 3 problem aşkarlanıb. Bunlar görmə qabiliyyətinin zəifləməsi, danışıq qüsuru, və onurğa sütununda skoliozun aşkarlanması ilə bağlı narahatlıqlardır. Pediatrlar bildirir ki,uşaqlarda bu problemlərin yaranmasının əsas səbəblərindən biri komputer, planşet və telefonlardır. Bildirilir ki uşaqları belə cihazlara öyrədən elə valideynlərin özləri olur. Bir müddət keçdikdən sonra isə artıq uşaqlara maraqlı olan bu cihazları onlardan  uzaq tutmaq demək olar ki, mümkün olmur.

Uşaqların orqanizmlərinin şualanmaya reaksiyası böyüklərdən qat qat çoxdur. Ələlxüsus da 3 yaşına çatmamış uşaqlarda.

Müəyyən müddət komputer və telefon qarşısında oturduqdan sonra uşaqlar dincəlməli və bu istirahət müddətində müxtəlif idman hərəkətləri etməlidirlər.

Mobil telefonların insan sağlamlığna təsiri bununla bitsə dərd yarıdır. Araşdırmalar nəticəsində məlum olub ki,  30 ildən sonra hər iki insandan biri uzaqdan görmə eynəyinə ehtiyac duyacaq. Bunun ən mühüm səbəbi isə mobil cihazların xüsusən də uşaqlar tərəfindən çox istifadəsidir. Uşaqlarınız telefon və komputerə nə qədər gec yaxınlaşsa, onlar bir o qədər sağlam olarlar, Siz isə xoşbəxt.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun