Uşaqlara qarşı diqqət !

  • SpaceTV
  • 15 Avqust 2019 11:54

Space.TV– yazır ki, valideynlər öz uşaqlarına az vaxt ayırır. Xüsusəndə azyaşlılara qarşı diqqətsizlik nəticəsində onlar ya hündür mərtəbəli binalardan yıxlır, yanğının qurbanı olur, bəzən isə gözləmədiyimiz bədbəxt hadisə ilə üzləşir. Ani diqqətsizlik isə, övladlarımızın həyatı bahasına başa gəlir. Belə hadisələrlə üzləşməmək üçün azyaşlılara qarşı daha diqqətli olmalı onlara daim nəzarət etməliyik.

Bundan başqa uşaqlarımız hər hansı bir problemlərlə qarşılaşanda valideyin kimə və hara müraciət etmək lazım olduğunu bilmirlər. Valideynlər həmin problemləri yeniyetməlik dövrü ilə izah edir və onların keçici olması ilə qənaətlənirlər. Əsilində isə bu kimi problemlər övladlarımızın zərərli vərdişlərə aludəçi olmalarına, yaxud böyüyə – kiçiyə hörmətsizlik, laqeydlik, valideyinin üzünə ağ olma, özbaşınalıqlara və s. bu kimi xoşagəlməz nəticələrə gətirib çıxardır.  

Uşaqlar arasındakı intiharları stress, ailədə və məktəbdəki ayrıseçkilik, ailədaxili münaqişələr, sevgi stressləri, zorakılıqlar, uşaqların asudə vaxtının düzgün təşkil olunmaması və onlara qarşı diqqətsizliklə əlaqələndirilir.

Bəzən elə valideynlərə rast gəlirik ki, onlar uşaqların  problemini bilsələr də, övladına psixoloji yardım göstərə bilmir. Bu gün cəmiyyətdə acıdil, emosional insanlarla rastlaşdıqda onları qınayırıq, amma bütün bu neqativliklərin kökündə psixoloji problemli, zorakılığa, diqqətsizliyə məruz qalan və valideyn nəvazişindən məhrum olan uşaqlığın dayana biləcəyini unuduruq.

Uşaqlara qarşı sərt davranış, onların yetkinlik çağlarında öz fikirlərini ifadə edə bilməməsinə, özgüvən hissənin olmamasına,şəxsiyyətinin formalaşdığı bir dövrdə ciddi problemlərin yaramasına gətirib çıxarır. Belə halların baş verməməsi üçün valideynlər uşaqlarına daha yaxın olmalı, onların problemləri ilə çox maraqlanmalı, qapalı olmalarına imkan verməməli, onlarlara qaygı göstərməli dost olmalıdır.

Bu günün  körpəsi sabahın valideyini,  ziyalısı ictimai xadimi deməkdir . Buna görə də uşaqlara qarşı diqqətli olmaq, onlara vaxtında qayğı göstərmək, onları dinləmək  və problemlərini həll etmək cəmiyyətin üzvü olaraq hər birimizin  borcudur.

Tural İbrahimov – Space

Paylaş

 Xəbəriniz olsun