Uşaqlar ip əvəzinə ilanla oynadılar

  • SpaceTV
  • 16 Noyabr 2019 12:18

Vyetnamda uşaqlar qorxmadan ilanla oynayıblar.

Kəndir əvəzinə ölü ilanın üzərindən tullanaraq oynayan uşaqların videoları “YouTube” da yayılıb.

Görüntülərdə iki uşaq ilanı fırladır, biri isə ilanın üzərindən tullanır.

Digər ikisi isə öz növbələrini gözləyirlər.

Qeyd edək ki, Vyetnam ərazisində 37 növ zəhərli ilan yaşayır.

Paylaş

 Xəbəriniz olsun