Uşaq Qidalarına diqqət

  • SpaceTV
  • 22 Oktyabr 2019 16:45

Bakıda uşaq qidasının içindən qurd çıxıb. Bu barədə online mediaya məlumatı Asəf Abbasov adlı paytaxt sakini  verib. O bildirib ki, Biləcəridəki apteklərdən birindən uşaq yeməyi alıb. Bir neçə dəfə uşağa həmin qidadan verdikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta, bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib. Asəf Abbasov məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də şikayətini bildirib.  Ümumiyyətlə uşaq yeməkləri alan zaman valideynlər bəzi məqamlara diqqət yetirməlidir. Ekspertlər bildirir ki  ilk növbədə bu qidaların satıldığı məkanlardakı sanitariya vəziyyətinə diqqət yetirmək lazımdır.

Uşaq həkimləri bildirir ki, belə qidalardan yalnız zərurət yarandıqda  istifadə etmək lazımdır. Körpələr daha çox təbii yolla yəni ana südü ilə qidalansalar bu onların sağlamlığının təminatı olar. Çünkü üstünlük verilen uşaq qidaları onlarda bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər.

Uşağınızın  sağlam böyüməyini istəyirsinizsə, onların qidalanmasına xüsusi diqqət yetirməlisiniz. Verəcəyiniz uşaq qidalarını da yalnız həkimlə məsləhətləşdikdən sonra verin. Körpələrimizi indidən qoruyaq ki , onlar da sağlam olsun, onlarla birlikə gələn gələcək də.

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun