Uşaq qan-tər tökür, qan ağlayır

  • Space TV
  • 18 Dekabr 2019 12:14

Hindistanın Tripura ştatından olan səkkiz yaşlı qız nadir xəstəliklə əlaqədar qan ağlamağa və qanlı tərləməyə başlayıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Çvanqsas Debbarmada qeyri-adi simptomlar ilk dəfə aprel ayında görünüb. Həmin dövrdən etibarən onun mütəmadi olaraq burnundan və qulağından qan axıb, həmçinin, qolunun altında, üzündə, əl və ayaqlarında qanlı tərlər görünməyə başlayıb. 

Qız öz şəhərində Qefsiman bağında dua edərkən qan-tər olan İsa Peyğəmbərlə (Tövrata görə) müqayisə edilir.

Xəstəxanaya aparılan uşaqda həkimlər hematogidrozdan şübhələniblər. Lakin diaqnoz qoymaq üçün əlavə yoxlamalara ehtiyac olub. Tibb işçiləri qıza dərman təyin ediblər. Bir neçə gündən sonra qızın vəziyyəti düzəlib.

Lakin az sonra uşaqda qanaxmalar başlayır, bu dəfə qan onun dodaqlarından, dilindən, alnından, başından, gicgahlarından, əllərindən, ayaqlarından, gözlərindən, ayaq barmaqlarından, qulaqlarından, biləklərindən və barmaq uclarından axmağa başlayır. Debbarma özünü pis hiss edir, döş qəfəsinin ağrıdığını bildirirdi.

Həmin dövrdən etibarən uşaq ştatın müxtəlif xəstəxanalarında bir neçə həkimin müayinəsində olub, lakin ona kömək edən tapılmayıb.

Paylaş

 Xəbəriniz olsun