Uşaq pulunun verilməsi ilə bağlı açıqlama

  • Space TV
  • 26 Noyabr 2019 18:47

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “uşaq pulu”nun verilməsi məsələsinə aydınlıq gətirib.

SPACE TV-in məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, hazırda uşaqlara 14 növ sosial müavinət verilir:

“Bunun üçün ildə 494 milyon manat ayrılır və 585 min uşağı əhatə edir. Ünvanlı sosial yardımdan təkcə bu il ərzində 160 min uşaq faydalanıb.

Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. “Uşaqpulu” isə ünvanlılıq prinsipinə tam cavab vermir”.

Paylaş

 Xəbəriniz olsun