Uşaq ölümü

  • SpaceTV
  • 9 Noyabr 2019 16:00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü baş verib. Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Kərimova doğuş sancıları ilə Cəlilabad Mərkəzi rayon xəstəxanasına gətirilib. Xəstənin yaxınlarının sölərinə görə, həkimlər təbii doğuşun olacağını bildiriblər. Lakin gecə saat 4 radələrindən günorta saatlarına kimi uşağın doğuşu gecikib.

Xəstənin yaxınlarının təkidindən sorna hmailə qadın əməliyyata götürülsə də  sonradan o, yenidən təbii  doğuş otağına köçürülüb.

Körpə tələf olsa da ananın səhəti stabildir. Qeyd edək ki, bu Aytən Kərimovanın 2-ci hamiləliyi olub.Xəstənin yaxınları hadisənin baş verməsində, həkimlərini günahlandırlar.Cəlilabad MRX-dan  məslə ilə bağlı bildirdilər ki, ana bətindəki cift böyük ölçüdə olduğundan körpə ölü doğulub.Artıq məslə ilə bağlı xəstənin yaxınları tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun