Uşaq oğrusu peyda olubmu?

  • SpaceTV
  • 25 Yanvar 2020 15:19

Həmin qadının məktəbdə gəldiyini və uşaqlarla həmsöhbət olduğunu elə məktəb direktoru Əminə Hüseynova ,iddialarda adı çəkilən 96 saylı məktəbin şagirdi Yağmur Babayevanın nənəsi Gülsüm Babayeva və həmin qadının yaxınlaşdığı digər şagird də təsdiqlədi.Bəs həqiqətənmi 55 yaşlı Reyhan Səfərova məktəbə uşaq oğurlamaq üçün gəlib?

Övladları 96 saylı məktəbdə oxuyan valideynlər isə belə bir xəbərin sosial şəbəkələrdə yayılmasından sonra narahatçılıq keçirtdiklərini bildirdilər

Məktəb direktoru Əminə Hüseynova  bildirdi ki, həmin qadını  məktəb ərazisində o da  görüb. Ancaq bir neçə valideynin Reyhan Səfərova ilə mübahisə etməsinİ müşahidə etdikdən sonra valideynlərə yaxınlaşaraq qadının kim olduğunu öyrənmək istəyib.

Həmin xəbər yayıldıqdan sonra  Sabunçu rayon polis idarəsinin əməkdaşları məktəbə gələrək araşdırmalara başlayıb. Qadını görən şagird və müəllimlərlə danışıqlar aparılıb və həmin qadının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülüb.

Hazırda polis uşaq oğrusunun peyda olması barədə səs yayan şəxslərin də kimliyini araşdırır.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun