Uşaq hüquqlarıın müdafiəsi

  • Space TV
  • 25 Dekabr 2019 16:10

Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib.Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qalırlar.

Beynəlxalq təşkilatların hesabatlarına görə, hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, fahişəlik məqsədilə  istismar  olunur  və  insan alverinin qurbanına çevrilirlər. Hesabata görə,  il ərzində bütün dünya üzrə 53 min uşaq qətlə yetirilir. Elə hər il ölkəmizdə onlarla  uşaq körpə  yaşlarından valideynləri tərəfindən atıldığı üçün sığınacaqlara yerləşdirilir.

Dekabr ayında  bütün dünya  ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq  insan  hüquları günü qeyd  olunur. Sözgedən əlamətdar tarixdə  Təhsil Nazirliyinin təşkilatçılığı ilə univeristetlərdə, umumtəhsil məktəblərində  uşaqların, məktəblilərin  hüquqlarının müdafiəsi ilə bağlı geniş silsilə tədbirlər keçirilir. Bakı şəhər Təhsil idarəsinin tabeçiliyində olan  239  nömrəli məktəbdə  də “Müasir məktəb uşaq hüquqları” adlı tədbir keçirilib.

Bəs Beynəlxalq konvesiyaya görə müasir dövrdə uşaqların hansı hüquqları var.Bu sualı elə məktəbin bir neçə şagirdinə  ünvanladıq

Qeyd edək ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində  dövlət tərəfindən çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun