Uşaq baxçası azyaşlıların istifadəsinə verilib

  • Space TV
  • 5 Noyabr 2019 17:32

Uşaq bağçasının təmirdən sonra açılışı münasibətilə keçirilən mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.Yaponiyanın ölkəmizdəki səfirliyi ilə şəhər icra hakimiyyəti arasında əməkdaşlığın 19 ildir uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla 19 layihə reallaşıb. Yaponiyanın Uşaq bağçasının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 120 il əvvəl inşa edilmiş binada fəaliyyət göstərən bağçada indiyədək əsaslı təmir işləri aparılmayıb. İki qruplu bağçada 40 nəfər uşaq təlim-tərbiyə alır.Şəkiyə növbəti səfərindən məmnun qaldığını vurğulayan səfir  bu qədim şəhərin tarixi-memarlıq abidələrinin, milli mətbəxinin onda böyük təəssürat oyatdığını bildirib. Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır.Bu layihələr məktəb tikintisi, uşaq bağçalarının təmiri, tibb, ekologiya, su təchizatı və digər sahələri əhatə edir.Bu il həm Azərbaycan  həmdə Yaponiya üçün uğurlu oldu .Şəki şəhəri və Yaponiyada bir tarixi abidə komleksi YUNESKO-nun mədəni irs siyaxısına daxil edildi.İnanıram bu faktda xalqlarımız arasında dostluğun möhkəmləndirənməsinə xidmət edəcək..”

İLKIN PİRANOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun