Uşaq bağçasında kütləvi zəhərlənmə oldu

  • Space TV
  • 15 Yanvar 2020 11:05

Meksikada kütləvi zəhərlənmə qeydə alınıb.

SPACE TV-in məlumatına görə, bu barədə “Milenio” qəzeti bildirib.

Məlumata əsasən, hadisə Qvadalaxara şəhərinin uşaq bağçalarının birində baş verib. Müəssisənin ən az 70 yetirməsi xəstəxanaya yerləşdirilib.

Zərərçəkən uşaqların vəziyyəti barədə məlumat açıqlanmayıb. İlkin məlumatlara görə, onlar pendirdən zəhərlənə bilərlər.

Paylaş

 Xəbəriniz olsun