Ürək damar xəstəlikləri artıb

  • Space TV
  • 26 Noyabr 2019 14:18

Bunu  xəstəxanalarda növbə  gözləyənlərin  coxluğundanda  görmək olar . Həkimə  müraciət edənlər  arasında  qoca ilə yanaşı   cavanlarada  rast  gəlmək  olur. Ağstafa  mərkəzi  xəstəxanasının kardioloqu Natiq  Əfəndiyev  son illər onun sahəsinə müraciət edən xəstələrin  sayında  artım olduğunu bildirir.

Ürək damar  xəstəliyinə  düçar olan şəxlərin   həkimə  müraciəti  daha  cox  iqlim  dəyişkənliyində olur . Ürək-qan xəstəliklərinə ürəyin işemiyası, hipertaniya, atriskilot və s kimi ciddi kardio xəstəlikləri misal gətirmək olar. Bunlardan ən geniş yayılanı isə ürəyin işemik xəstəliyidir. 3 ildir  ki  ürək xəstəliyindən əziyyət  cəkən Maksim Hüseynov hər  fəsil  Həkimə müracit  etdiyini  söyləyir  

Təəssüflə qeyd etmək olar ki, son illər nəinki Azərbaycanda, bütün dünyada ürək xəstəlikləri sürətli şəkildə artmaqdadır. Artıq bu xəstəlik ilk  sıralardadır. Bunun da bir çox səbəbləri var.  Bunlardan biridə  qidalanmadır .

Kardioloq Natiq əfəndiyev bildirik ki , piylənmə, hipertaniya ,  qan təzyiqi, şəkər  xəstəlikləri olan və hələ  az yaşlarından siqaret kimi pis vərdişlərin aludəçisi olan insanlar  bu risk qruplarına aiddirlər.  Ona görə də bu cür insanlar mütləq kardioloq müainəsindən keçməlidirlər.Xəstəliyə   düçar olmuş  insanlara isə  həkim piyada  yürüş etməyi  tövsiyyə edir .

Bundan başqa  stress faktorları, ekologiyanın pozulması,  gərginliyin də ürək damar  xətəliklərinin yaranmasında  rolu  az deyil  .Odur  ki  düzgün qidalanıb bu kimi problemlərdən uzaq olmaqla  ömrümüzü  birazda  uzatmış olarıq

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun