Unudulan dad və ənənə

  • Space TV
  • 21 Avqust 2020 14:11

Azərbaycan xalqı əsrlərlə milli məhsullarını və ənənələrini qoruyub saxlayıb. Bu istiqamətdə Şəkinin də rolu danılmazdır. Bu dəfə sərinləndirən içkidən, şərbətdən danışacağıq. Şəkidə unudulan şərbət növü yenidən qonaqların ağız dadını şirin edir.

Karantin müddətində Şəki sənətkarları vaxt itirməyərək öz üzərlərində çalışıblar. Spacetv.az-ın məlumatına görə, bu dəfə Şəkinin məşhur şirniyyat evlərindən biri öz ənənəsinə sadiq qalaraq  qədim resepləri araşdırmaqla “Oşara” şərbətinin reseptini əldə edib.

Şərbətin hazırlanma tarixi qədim zamanlara gedib çıxır. X – XI əsrlərdə şərbət isti halda içilib. O zamanlar şərbət ev şəraitində hazırlanıb, bazarlarda, yarmarkalarda və əhalinin çox toplaşdığı yerlərdə satılıb. Bu gün “oşara” şərbətini 200 min əhalisi olan qədim Şəkidə yalnız bir məkanda dadmaq mümkündür.

Şərbət min illərlə ənənəvi şərq mətbəxinin ayrılmaz elementi olub. Şərbət sözü türk sözüdür və ləzzətli içki anlamını daşıyır. Lakin urdu, hind, fars dillərində  – şardat, ərəb dilində şarba sözləri eyni anlamı daşıyır. Şərbətin çoxsaylı növləri var və hər istehsalçının öz resepti var. Hazırlama prosesi qapalı qapılar arxasında aparılır. Reseptin gizli qalması məhsulun ucuz təkrarlanmalarının qarşısını alır. Unudulan dadların araşdırılması və bərpası isə davam edəcək. Xatırladaq ki, “dum-dum” halvası da unudulan reseplər əsasında bərpa edilmişdi.

İlkin Piranov,  Spacetv.az              

Paylaş

 Xəbəriniz olsun