“United Airlines” 200 elektrikli uçan taksi alacaq

  • Space TV
  • 11 Fevral 2021 16:12

ABŞ-ın aparıcı aviaşirkəti – “United Airlines” hava limanlarına sərnişin daşımaq üçün 200 elektrikli uçan taksi almağı planlaşdırır.

Spacetv.az  bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, aviaşirkət bu məqsədlə yaxın 5 ildə Kaliforniyada fəaliyyət göstərən istehsalçıya – “Archer” şirkətinə 1 milyard dollar ödəyəcək, daxili aviadaşıyıcı “Mesa” ilə əməkdaşlıq edəcək.

Sözügedən taksilərin saatda təxminən 240 kilometr sürətlə hərəkət etdiyi, hava limanlarına hərəkət zamanı karbon dioksid emissiyasını təxminən 50% azaldacağı bildirilir.

Paylaş

 Xəbəriniz olsun