Unikal əl işləri

  • SpaceTV
  • 11 Noyabr 2019 18:02

Natiq Ağaverdiyevin əl işləri arasında Qubadakı “Hacı Cəfər”   məscidinin,eləcə də Qız qalası,Troya atının oxşarı və minə yaxın kibrit çöpündən hazırlanan məscid maketi  daha çox  diqqət çəkir.

İstedadlı gənc tarixi abidələrin maketlərini hazırlayarkən bütün memarlıq üslubunu və xarici görünüşdəki xırda detalları belə nəzərə alır.Maketlərin hazırlanmasında təbii tikinti materiallarınan istifadə olunur ki, bu da  orijinalından yalnız ölçülərinə görə fərqlənir.

On bir ilə yaxındır bu işlə məşğul olan Natiqin hazırladığı maketlərin sayı  yüzü ötüb. Onun əl işləri Türkiyə və Gürcüstanda keçirilən beynəlxalq sərgilərdə nümayiş olunub,diplom və sertifikatlara layiq görülüb.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun