Ümumrespublika şahmat çempionatı keçirilib

  • Space TV
  • 23 Noyabr 2019 15:50

Ağsuda bütün bölgələrin iştirakı ilə şahmat yarışı keçirilib. Yarışda Təhsil Nazirliyin rəsmiləri, “Təhsil” İdman Mərkəzinin nümayəndələri,   və şahmatsevərlər iştirak edib.

     Şahmat bayramında  26 rayonu  təmsil edən 176 yeniyetmə iştirak edib. İdmançılar 8 yaşdan 16 yaşadək qruplarda mübarizə aparıb.  Bu şahmatçılar arasında 12 nəfər Avropa və dünya çempionatının   medalçılarıdır. Azərbaycan  dünya reytinqli  idman yarışlarına  ev sahibliyi  edir.  Bildirilib ki, bu  kimi yarışlarda  iştirak edənlər bayrağımızı  mötəbər  yarışlarda yüksək  zirvələrə qaldıracaqlar .

Qeyd edək ki, hal-hazırda yarışın “Final” mərhələsi davam edir. Qaliblərin mükafatlandırılması 27 noyabr tarixinə təyin edilib.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun