Türkiyədə çalışan azərbaycanlı həkimlər Bakıya gətirilir. Azərbaycanın regionlardakı xəstəxanalarında COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün yeni layihəyəyə start verilib. Layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək. Məqsəd hazırda Koronavirusa yoluxan xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda imkanları artırmaqdır.
Türkiyədən gələn azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və ağır kəskin tənəffüs sindromu üzrə mütəxəssislər təmsil olunur. Onlar Türkiyənin seçilmiş üniversitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar. Qeyd edək ki, Layihə çərçivəsində tibb işçiləri üçün onlayn platforma da istifadəyə veriləcək və bu platforma vasitəsilə onlar təlimlər və təqdimatlar, mentorlardan video dərslər və statistik məlumatlar əldə edə biləcəklər.
NURLAN OKTAYOĞLU SPACE TV