“Ümumdünya ilk yardım günü”

  • SpaceTV
  • 14 Sentyabr 2019 13:47

Bu gün AZQAC-ın və FHN-nin birgə təşkilatçılığı ilə ilk tibbi yardım tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd ictimaiyyətə ilk yardım vərdişlərini aşılamaqdır.

Dünyanın 190 ölkəsində “İlk Yardım Günü” qəzalar və ani xəstəliklər vəziyyətində tibbi yardım gələnə qədər zərərçəkmişlərə edilə biləcək ilk yardım tətbiqləri haqqında cəmiyyətin maarifləndirilməsi üçün tədbirlər həyata keçirir. AZQAC hər il bu günü müxtəlif təhsil ocaqlarinda sərhəd bölgələrində və eləcə də, insanların toplaşdığı parklarda ilk yardım vərdişlərini aşılamaq məqsədilə, silsilə tədbirlər həyata keçirir.

Qeyd edək ki, tədbirdə beynəlxalq təşkilatların təmsilçiləri, könüllülər və rayon ictimaiyyəti iştirak edib.

Lalə Ülviqizi Space  

Paylaş

 Xəbəriniz olsun