Ümrə ziyarətləri mərhələli şəkildə başlayır: Tarix bəlli oldu

  • SpaceTV
  • 23 Sentyabr 2020 10:11

Səudiyyə Ərəbistanı koronavirus tədbirləri çərçivəsində təqribən altı aydır dayandırılan ümrə ziyarətlərini oktyabrın 4-dən etibarən mərhələli olaraq başladacaq.

Spacetv.az xəbər verir ki, bu barədə “HaberGlobal” xəbər yayıb.

Məlumata görə, bərpa prosesi dörd mərhələdə həyata keçiriləcək.

İlk mərhələdə Səudiyyə Ərəbistanında yaşayanlara (təqribən altı min nəfərə) ziyarət üçün icazə veriləcək.

Paylaş

 Xəbəriniz olsun