Umayra Tağıyevadan vacib HAVA PROQNOZU: “Dekabr ayı…”

  • Space TV
  • 25 Dekabr 2019 11:26

“Bu il dekabr ayı anomal isti keçir. Havanın temperaturu normadan yüksəkdir”.

SPACE TV bildirir ki, bu barədə Apa-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, dekabrda ən isti gün ayın 24-də müşahidə olunub: “Həmin gün paytaxtda maksimal temperatur 15.4 dərəcəyə yaxınlaşıb ki, bu da çoxillik normadan 6.2 dərəcə yüksəkdir”.

U.Tağıyevanın sözlərinə görə, yaxın günlərdə də hava şəraitində mühüm dəyişiklik gözlənilmir: “Normadan yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində də davam edəcək”.

Paylaş

 Xəbəriniz olsun