Ulu öndərin xatirəsi anılıb

  • SpaceTV
  • 13 Dekabr 2019 16:50

Müasir Azərbaycanın qurucusu olan  Heydər Əliyevin vəfatından 16 il keçir. Bu münasibətlə ölkəmizin bütün bölgələrində olduğu kimi, Göyçay rayonunda da izdihamlı anım mərasimi keçirilib. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidəsi önünə çiçək dəstələri düzülüb. Mərasimdə rayonun bütün təbəqələrindən və kəndlərindən olan vətəndaşlar iştirak edib. Səhər saatlarından başlayan yürüş saatlarla davam edib. Sonda isə Ulu Öndərin şərəfinə ehsan süfrəsi açılıb. Süfrə ətrafında Ümummilli Liderin ruhuna dualar oxunub, keçdiyi şərəfli ömür yoluna nəzər salınıb. Dünya şöhrətli fenomenin həyata keçirdiyi uğurlu siyasətdən geniş söz açılıb.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun