Ukraynanın BMT-dəki daimi nümayəndəsi SSRİ-ni minlərlə ukraynalını öldürməkdə günahlandırdı

  • Space TV
  • 2 Dekabr 2020 16:36

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Sovet qoşunlarını minlərlə ukraynalının ölümündə, Sovet İttifaqını isə nasist Almaniyası ilə sövdələşmədə ittiham edib.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Kislitsa Baş Assambleyanın İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş təntənəli iclasında Ukraynanın İkinci Dünya müharibəsinin başladıldığı bölgələrə aid olduğuna diqqət çəkib:

“Lakin, 1 sentyabr 1939-cu il Hitlerin Stalinlə əlbir olaraq hazırladığı planın başlanğıc mərhələsindən çox uzaq idi”.

Onun iddiasına görə, Sovet qoşunları işğal əsnasında minlərlə ukraynalını öldürüb və 1941-ci ildə geri çəkilmə əsnasında, nasistlərin irəliləməsini gözləyərək şəhərlərdəki əhəmiyyətli infrastrukturu məhv edib. 1944-cü ildə vəziyyət dəyişib, Sovet qoşunları hücuma başlayıb və faşistlər qalan nə varsa yandırıblar.

Paylaş

 Xəbəriniz olsun