Qolodomor hadisələri ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.
SPACE TV-in xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Twitter” səhifəsində bildirib.
“1932-1933-cü illərdə Ukraynada Qolodomor zamanı ölən 7 milyon günahsız insanın xatirəsini anmaq üçün Azərbaycandakı səfirliyimizin bayrağı yarıya qədər endirilib və qurbanlar üçün şam yandırılıb. Ukrayna xalqına qarşı törədilən bu soyqırımın tarixi və ruhu hələ də yaşayır”, – deyə səfir qeyd edib.