Ukraynalı deputat Xocalı qətliamı barədə danışdı

  • Space TV
  • 22 Fevral 2021 14:22

“1992-ci ilin 26 fevral hadisələri Azərbaycan xalqının yaddaşında sağalmaz yaradır. Bu, Qarabağ müharibəsi dövrünün ən faciəli anlarından biridir”.

Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bildirib.

Ukraynalı parlamentarinin qeyd etdiyi kimi, 1992-ci il fevralın 26-na keçən gecə ən faciəli anlardan biri olub. Həmin gecə erməni hərbi dəstələri Azərbaycanın Xocalı şəhərinə hücum edib, nəticədə 613 dinc sakin, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb, 487 nəfər şikəst edilib; 150 nəfər itkin düşüb, əsasən yaşlı insanlardan, uşaq və qadınlardan ibarət 1275 sakin əsir götürülüb, onlara qarşı dəhşətli təhqir, işgəncə və həqarətlər tətbiq olunub, 7 mindən çox əhalisi olan şəhər dağıdılıb.

Lyudmila Marçenko deyib: “Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlər xarakterinə və miqyasına görə birmənalı olaraq BMT-nin Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnamə ilə təsdiq etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyasının təsiri altına düşür. Bu sənəddə soyqırımının tanınmasının hüquqi əsasları təsbit edilib”.

Paylaş

 Xəbəriniz olsun