Ukraynalı deputat: “Türkiyə Ukrayna üçün “Bayraktar TB2” PUA-larının istehsalına başlayıb” – FOTO

  • Space TV
  • 8 Mart 2021 10:14

Türkiyə Ukrayna üçün “Bayraktar TB2” PUA-larının istehsalına başlayıb.

Bu barədə Ukrayna xalq deputatı İqor Kopıtin özünün “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, PUA-ların yığımı İstanbuldakı “Baykar Denfense” aviamüəssisəsində həyata keçirilir.

Ukrayna müdafiə nazirinin müavini Aleksandr Mironyuk və HDQ komandanı kontr-admiral Aleksey Neijpapa ilə birlikdə Türkiyədə səfərdə olan deputat PUA-ların ölkəsinin müdafiə qabiliyyətni xeyli gücləndirəcəyini bildirib.

Qeyd edək ki, Ukrayna Türkiyədən 12 ədəd “Bayraktar TB2” döyüş kompleksi alacaq. Hər kompleksə 4 ədəd kəşfiyyat-zərbə PUA-sı daxildir.

Paylaş

 Xəbəriniz olsun