Ukraynada təyyarənin qəzaya uğrama səbəbi açıqlanıb

  • SpaceTV
  • 26 Sentyabr 2020 14:11

Ukraynanın Xarkov vilayətində An-26 hərbi təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hava gəmisinin qanadının yerə dəydiyi ehtimal olunur.

Spacetv.az xəbər verir ki, “Suspilne” agentliyinin məlumatına görə, bu barədə Ukraynanın Müdafiə naziri Andrey Taran bildirib.

“Hər şey plana uyğun gedirdi. Kursantlar üçün təlim uçuşları həyata keçirilirdi. Pilot təlimatçı daim təyyarənin sükanı arxasında olub, kursantlar təyyarəyə nəzarət etmək üçün sağ oturacaqda əyləşmişdi. İlkin təhlillər təyyarənin qanadının yerə dəyidiyini göstərir. Qara qutu hələ də təyyarədədir, orada qeydə alınan məlumatları analiz etdikdən sonra bir nəticə çıxarmaq mümkün olacaq”.

O, pilotun mühərrikdə nasazlıq olduğunu bildirdiyinə dair əvvəlki məlumatları da təkzib edib.

“Mühərrik deyil, bəzi sensorlarda nasazlıq yaranıb”, – deyə o vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun