Ukraynada orta məktəbdə qidadan hepatit virusuna tutulan şagirdlərin sayı artır

  • SpaceTV
  • 28 Oktyabr 2019 12:22

Ukraynanın Çerniqov şəhərində orta məktəbdə yayılan hepatit virusundan 15 nəfər xəstəxanaya yerləşdirilib. SPACE TV xəbər verir ki, Çerniqov şəhərində 7 saylı məktəbdə qidadan kütləvi zəhərlənmə nəticəsində hepatit A virusu yayılıb.

Yerli polis faktla bağlı cinayət işi açıb.

Qeyd edək ki, bu hadisə ilə əlaqədar təcili toplantı keçirən Ukraynanın Baş Naziri Aleksey Qonçaruk bu il Ukraynada məktəb və uşaq bağçalarında 626 uşağın qidadan zəhərləndiyini açıqlayıb.

“Bizim məktəb və uşaq bağçalarında hər gün 5 milyon uşaq qidalanır. Bu il qidalanma məsələsində uşaq bağçası və məktəblərin 38 faizində pozuntu qeydə alınıb. Hər gün qidalanan uşaqların yarısına yaxını təhlükə ilə üzləşir”, – deyə Baş Nazir əlavə edib.

Paylaş

 Xəbəriniz olsun