Ukraynada Nizami Gəncəviyə heykəl ucaldılacaq

  • SpaceTV
  • 30 Oktyabr 2019 17:28

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov şəhərində Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır. 

Azərbaycanın Ukraynadakı səfirliyindən SPACE TV-ə verilən məlumata görə, bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib.

Müzakirələr zamanı A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycana dair parkın açılmasına investisiyanın qoyulmasına hazırdır. 

G.Kernes öz növbəsində qeyd edib ki, Xarkov şəhərində metropolitenin yenilənməsi, yeni metro xətlərinin açılması, parkların salınmasında Azərbaycan şirkətlərinin iştirakında maraqlıdırlar.

Paylaş

 Xəbəriniz olsun